Rəşad Sadiqov: "Özümüzdə də günah oldu"

Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan “Qarabağ” – “Qəbələ” matçında hesab açılmayıb.

 

Newsport.az-ın məlumatına görə, oyundan sonra “qırmızı-qaralar”ın vitse-kapitanı Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox çətin oldu. “Qarabağ”a qarşı çempionluq oyunu idi. Düzdü, 4 xal bizdən irəli olsalar da, qələbə qazanmaq üçün əlimizdən gələni elədik, amma alınmadı. Qələbə qazana bilmədiyimizə görə təəssüflənirik.

 

- “Qarabağ”la oyuna qədər hər şey öz əlinizdə idi. Bu oyunda qalib gəlib, fərqi 1 xala endirə bilərdiniz. Amma bundan sonra “Qarabağ”ın xal itirməsini gözləməlisiniz...

- Bundan sonra 5-10 faiz şansımız qalıb. İnanmıram ki, “Qarabağ” bundan sonra 2 oyunda xal itirsin, çox çətin məsələdi. Amma yenə də ümidimizi itirmirik. Ümid sonda ölür.

 

- “Qarabağ”ın “Neftçi” və “İnter”lə çətin oyunları var...

- Düzdü. Amma bizim də asan oyunlarımız yoxdur. Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq. “Qarabağ” xal itirəcəksə, onu da görəcəyik.

 

- Zəif rəqilərlə oyunda xal itirməklə çempionluğu “Qarabağ”a demək olar ki, hədiyyə etdiniz. Siz belə düşünmürsünüz?

- Əlbəttə, özümüzdə də günah oldu.

 

- Bunun səbəbi nə idi, komanda rahatlaşmamışdı?

- Yox, arxayınlıqdan söhbət gedə bilməz. Sadəcə, uşaqlarda bir az həyəcan var idi. Qələbə qazanmaq istəyirsən, irəli atılırsan və bu komandada müəyyən qədər çaşqınlıq yaradır. Özünüz də gördünüz ki, “Zirə” ilə oyunda dirəklər imkan vermədi.

 

- Demək olar ki, bundan sonra bütün diqqətinizi “Qarabağ”la kubokun final oyununa yönəldəcəksiniz?

- Yox, o oyuna çox var. Fikrimiz digər 3 oyunda qələbə qazanmaq və sonra kuboka hazırlaşmaqdır. Hər şeyi öz axarı ilə buraxa bilmərik. Çalışacağıq ki, qələbə qazanaq. Çempion olmasaq da, mövsümü major notlarda başa vurmaq istəyirik.

 

- İkincilik sizi qane edir?

- Əvvəldən hədəfimiz çempionluq idi. Bundan sonra heç nə etmək olmaz, qismətdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right