"Sumqayıt"dan qələbə, "Zirə” dən heç-heçə YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, son oyun günündə daha iki görüş keçiriləcək.

İlk olaraq “Zirə” “İnter”i qəbul edəcək. Bu görüş hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edir. Meydan sahibləri qələbə qazansa, Avropa Liqasına vəsiqə verən 4-cü pillədəki yerini möhkəmləndirəcək. Artıq avrokuboklara vəsiqə qazanan “İnter” isə uduzmasa, ən azı bürünc medalı özü üçün təmin edəcək.

Digər qarşılaşmada isə AZAL “Sumqayıt”ı qəbul edəcək. Bu görüşün nəticəsi  artıq Premyer Liqanı tərk edəcəyi rəsmiləşən meydan sahibləri üçün əhəmiyyətli olmasa da, qonaqlar üçün vacibdir. Çünki 5-ci pillədə qərarlaşan Samir Abasovun komandasının Avropa Liqasına vəsiqə üçün şansları qalır.



10 aprel

Azərbaycan Premyer Liqası, 25-ci tur
 

17:30.AZAL – "Sumqayıt” - 1:2 
Qollar:
 Amil Yunanov, 22 (0:1), Ruslan Əmircanov, 41 (1:1), Mirabdulla Abbasov, 64 (1:2)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
"AZAL Arena”

15:00."Zirə” – "İnter” - 1:1 
Qol:
 Rauf Əliyev, 12 (0:1), Riçard Qadze, 19 (1:1)
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right