Mahir Mədətov: "Sizdən eşitdim bunu" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçı 0:0 hesabı ilə başa çatıb.
 

Newsport.az-ın məlumatına görə, qolsuz başa çatan qarşılaşmadan sonra Ağdam klubunun hücumçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb.

- Gördüyünüz kimi, ağır oyun oldu. Qələbə qazanmaq istəyirdik. Boşalmaq olmaz. Sona 3 tur qalıb. Hər şey mümkündür. 100 faiz öz gücümüzü qoymalıyıq ki, sonda peşman olmayaq.

- Sona 3 tur qalmış 4 xallıq fərq böyükdür...

- İndi futbolda hər şey mümkündür. 2 oyunda xal itirsək, “Qəbələ” də qalib gəlsə, vəziyyət dəyişə bilər. Bu da bizim üçün yaxşı olmaz.

- Kubokun finalı haqda nə düşünürsən?

- Qarşıdakı 3 turu fikirləşirik. Daha sonra kubok matçı barədə nəsə danışmaq olar.

- Epizodların birində topa sanki əlinə dəyişmişdi...

- Baxaram... Sizdən eşitdim bunu. Bəlkə də hissiyatım yoxdu (gülür).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right