"Azərbaycanda ilk dəfə idi ki, futbola baxırdım" Zabit Səmədov

Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan “Qarabağ” – “Qəbələ” (0:0) oyununu izləyənlər arasında K-1 döyüşçüsü Zabit Səmədov da var idi.

 

Newsport.az xəbər verir ki, “Qarabağ”ın dəvəti ilə oyunu izləməyə gələn Səmədov matçdan sonra əməkdaşımızın suallarını cavablandırıb:

 

- Futbollara baxmağa tez-tez gedirsən?

- Sözün açığı, Azərbaycanda ilk dəfə idi ki,futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı.

 

- “Qarabağ” azarkeşi olduğun şübhəsizdir. Oyunu izləməyə kimin dəvəti ilə gəlmişdin?

- “Qarabağ” rəhbərliyi məni dəvət etmişdi. Bildiyiniz kimi, “Qarabağ”ı dəstəklədim. “Qarabağ” soz zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnşallah bunun davamı gələcək.

 

- Ümumiyyətlə, Bakıda nə qədər qalacaqsan? Və bu komandalar arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksənmi?

- Yox, o qədər Bakıda qalmayacam. İnşallah, avrokubok oyunlarında Bakıya qayıdacam.

 

- Millimizin oyunlarını izləyirsən?

- Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq.

 

- Hansı xarici klublara azarkeşlik edirsən?

- Düzü, azarkeş deyiləm. Amma gözəl oyunlara baxıram. Çempionlar Liqasının son finalını stadiondan izləmişəm. Çox təəssüf ki, həmin oyunda “Atletiko” uduzdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right