"Bu imkanı əldən vermək olmaz" Migel Markos Madera

"Çətin olacağını bilirdik. “Qəbələ”nin potensialına bələd idik. Düşünürəm ki, qol şanslarımız daha çox oldu. Qazandığımız vacib 1 xal çempionatın sonuna 3 tur qalmış xal fərqini qorumağa kömək etdi. Bütün oyunlar çətindi. Öz üzərində işləmək və çalışmaq lazımdı".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera deyib. 

 

Azərbaycan Premyer Liqasının XXV turunda baş tutan "Qarabağ" - "Qəbələ" oyununda hesab açılamayıb. 

 

Oyundan sonra açıqlama verən ispaniyalı futbolçu bundan sonra da arxayınlaşmayacaqlarını deyib: "Qəbələ" ilə aramızda olan 4 xal bizi arxayınlaşdıraaq? Yox, mən belə düşünmürəm. Futbolçularımız hazırkı durumda xal itirməyin mümkünsüz olduğunu başa düşürlər. Çdempionluğun astanasındayıq və bu imkanı əldən verməyi düşünmürük.

 

Miçel oyun zamanı "Qəbələ"dən üstün olduqlarını deyib: "Meydana 3 xal üçün çıxmışdıq və bunu əldə etmək üçün meydanda çox çalışdıq, çoxsaylı hücumnlar etdik. İstədiyimiz kimi oynamasaq da, bizim şanslarımız daha çox idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right