"Qarabağ"dan razıyam" Tahir Gözəl

“Çox gözəl, gərgin mübarizə oldu. Məncə, sürətli oyun idi, futbola doyduq”.

 

Newsport.az xəər verir ki, bu sözlər “Qarabağ”ın vitse-prezidnti Tahir Gözələ məxsusdur.

 

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXV turunda çempionluq uğrunda əsas rəqibi “Qəbələ” ilə heç-heçə edib və şanslarını bir qədər də yaxşlılaşdırıb.

 

Maçtdan sonra açıqlama verən klub rəsmisi fikirlərini bildirib: “Qarabağ”ın real qol şansları var idi, son dəqiqələrdə çox həyəcanlandıq. Nəticədən razıyıq. “Qarabağ” belə oyun keyfiyyətini davam etdirsə, inşallah, çempion olacağıq”.

 

Tahir Gözəl arxayınlaşmadıqlarını deyib: “Heç vaxt arxayınlaşmaq olmaz. Xüsusən də zəif rəqiblərə qarşı oyunlar çətin alınır, çünki futbolçularda rahatlıq yaranır. Ona görə komandadan sona qədər mübarizə gözləyirəm”.

 

Klub rəsmisi bildirib ki, Muarem Muarem son dəqiqələrdə real qol şansını qaçırdığına görə çox üzülüb: “Çox üzüldüm. Əgər qol olsaydı, möhtəşəm olacaqdı. Yenə deyirəm, “Qarabağ”dan razıyam”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right