"İstədikləri qədər "Elxan istefa" qışqıra bilərlər" - Elxan Abdullayev

“Dəfələrlə demişəm ki, belə meydançalarda oynamaq çətindir. Belə oyunlarda matçın taleyini 1 qol həll edir. Təəssüflər olsun ki, müdafiə xəttində boşluqlar var idi. Oyunun ədalətli nəticənalti idi. Birinci epizod barədə heç nə deyə bilmərəm, ikincidə 100 faiz penalti var idi”.

 

Newsport.az xəbər verir ki, bu sözlər “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevə məxsusdur. “Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə məğlub olub.

 

Oyundan sonra baş tutan mətbuat konfransında Abdullayev zədəli futbolçuların çoxluğundan şikayətlənib: “Zədəli futbolçularımız çoxdu. Buna görə də bir heyətlə ardıcıl 3 oyun oynaya bilmirik. Və bu, bizim oyunumuza təsir edir. Dediyim kimi, bu meydanda oynamaq çətindir”.

 

Çalışdırıcı qarşıdakı oyunlarından da danışıb: “Məqsədimiz yuxarı pillələrə qalxmaqdır. Gələn oyunlarda çalışacağıq ki, mamsimum xal toplayaq”

 

Elxan Abdullayev məğlubiyyətə görə özünü günahkar bilmir: “Mən özümdə o vaxt səhv görərdim ki, optimal heyətlə, normal meydançada məğlub olaram. Mənim hər bir sözüm bəhanə olsun, istəmirəm. Əgər əlimdə lazımlı futbolçu yoxdusa, nə edə bilərəm? Əlbəttə, mənim də günahım var. Mən öz səhvlərimi bilirəm və onların üzərində işləməliyəm”.

 

Abdullayev “Forza Neftçi” azarkeş qrupu ilə arasında yaranan problemdən danışıb: “Mən o məsələ haqda danışmaq istəmirəm. Mən yenə deyirəm, “Forza Neftçi” söyüş söyməməlidir. İstədikləri qədər “Elxan istefa” qışqıra bilərlər, tənqid edə bilərlər. Amma söyüş olmasın, bunu qəbul edə bilmirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right