"Taleyimiz öz əlimizdə deyil" - Şahin Diniyev

Premyer Liqanın 25-ci turunda "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

 

Newsport.az xəbər verir ki, oyundan sonra Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev mətbuat konfransında qələbəni şərh edib:

 

- “Həm “Neftçi”, həm də bizim üçün son şanslardan biri idi. Saman çöpündən tutmaq kimi şansımız varsa, istifadə etməyə çalışacağıq. Taleyimiz öz əlimizdə deyil. Bu gün 3 xal qazanmaq vacib idi. Rəqibin hər mövqeyində güclü futbolçular var. Sadəcə, “Neftçi”yə adaptasiya üçün müəyyən zaman lazımdı. Kollektiv bir-birinə uyğunlaşmalıdı. Futbolçular meydanda can qoydu, xarakter nümayiş etdirdilər. Bununla sakitləşmək olmaz. “Qəbələ”, AZAL və “İnter”lə oyunlarımız var. Hər futbolçu çempionatın sonuna kimi öz imicinə gör oyununu yüksəltməlidi. Şansımız var. Sona qədər mübarizə aparacağıq.

 

- 50-ci dəqiqədən sonra “Kəpəz” müdafiədə oturmuşdu. Komandanın fiziki durmu yaxşı deyildi yoxsa hücumlara tab gətirmək olmurdu?
- 2-ci hissə bilirdik ki, çətin olacaq. Hava ötürmələrindən çox istifadə edəcəkdilər. Bizə mütləq kompakt şəkildə oynamaq lazım idi. Rəqibə boş sahələrə verməməli idik. Bizə nəticə vacib idi. “Sumqayıt”la oyunda da belə çıxış etmişdik. Hesabı açdıqdan sonra qələbəni əldən verməməyə çalışdıq. İlk hissədə taktiki cəhətdən ağıllı oynadıq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right