Milan “İnter”i və “Gent” “Qəbələ”yə rəqib oldu

Aprelin 20-25-də Gürcüstanı paytaxtı Tiflisdə U-16 komandaları arasında Vitali Daraseliyanın xatirəsinə həsr olunan ikinci beynəlxalq futbol turniri keçiriləcək.

Newsport.az-ın məlumatına görəbu haqda “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib.

8 komandanın qatılacağı yarışda “Qəbələ”nin 16 yaşadək komandası da iştirak edəcək. Artıq turnirin püşkü atılıb. 

A qrupunda yarışacaq komandamızın rəqibləri “İnter” (Milan), “Dinamo” (Tiflis) və “Gent” (Belçika) olub. B qrupunda isə Kiyev və Zaqrebo “Dinamo” komandaları, Türkiyənin “Trabzonspor” və Hollandiyanın “AZ Alkmaar” komandaları mübarizə aparacaq. 

İlk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq və final üçün oynayacaq. 3-4-cü yeri tutanlar isə 5-6-cı yerlər uğrunda yarışacaq.

Turnir U-16 komandaları arasında keçirilsə də, 17 yaşlı 5 futbolçunun sifarişinə icazə verilib. Onlardan 3 nəfəri əsas heyətdə oynaya biləcəklər.

Nail Kərimovun bildirdiyinə görə, “Qəbələ” komandasının bütün xərcini Tiflis “Dinamo”su öz üzərinə götürüb.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right