"Qarabağ" - "Qəbələ" : 42-ci qarşılaşma

Sabah start götürəcək Azərbaycan Premyer Liqasının XXV turunun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, son 4 tur ərəfəsində ilk iki pillədə qərarlaşan “Qarabağ” və “Qəbələ” mövsümdə son çempionat duelinə çıxacaq. Ölkə kubokunun mayın 5-də baş tutacaq finalında da qarşılaşmalı olan rəqiblər bu dəfə Bakıda görüşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşədək hər komanda öz ev oyununda 2 qolla qalib gəlib. “Qırmızı-qaralar” həm VII, həm də XIX turun matçında rəqibini 2:0 hesabı ilə məğlub edib. XIII turda qalib gələn Ağdam təmsilçisi isə 2:1 hesablı qələbə qazanıb. Mövsümün hər üç görüşündə qol sevinci yaşayan komandamızın heyətində Filip Ozobiçin məhsuldarlığı diqqət çəkir. Çempionatın bombardiri “Qarabağ”la hər üç görüşdə qol vurmağı bacarıb.

Ümumilikdə isə bu matç rəqiblər arasında 42-ci duel olacaq. İlk dəfə 2006/07 mövsümündə qarşılaşan komandalar indiyədək 35 dəfə çempionat, 6 dəfə kubokda üz-üzə gəlib. Bu 11 ildə “Qəbələ” 10, “Qarabağ” isə 16 qələbə qazanıb. 15 matçda isə heç-heçə qeydə alınıb. Keçirilən 41 görüşdə 89 qol vurulub. Bakıdakı oyunda vurulan ilk top 90-cı olacaq. 39 dəfə fərqlənən “qırmızı-qaralar”ın ilk qolu isə sayca 40-cı kimi diqqət çəkəcək. “Ağ-göylər” isə indiyədək 50 dəfə fərqlənib.

Azərbaycan Premyer Liqası çərçivəsində keçirilən 35 matçda 80 qol qeydə alınıb. 9 qələbə qazanıb, 16 dəfə məğlub olub, 10 dəfə 1 xal qazanan “Qəbələ” 34, “Qarabağ” 46 dəfə rəqib qapısına yol tapıb. 

“Qırmızı-qaralar” 21-ci səfər oyununa qədər 4 dəfə Ağdam təmsilçisinin meydanında qalib gəlib. 7 heç-heçə edən və 9 dəfə uduzan “Qəbələ” rəqib meydanlarında 16 qol vurub və 27-ni buraxıb.

“Qəbələ”nin “Qarabağ”la matçlardakı 39 qoluna 25 futbolçu imza atıb. Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə Ağdam klubunu məyus edib. İqor Melnik, Kənan Kərimov və Samir Zərgərov hərəyə 2, digər 17 oyunçu hərəyə 1 dəfə qol sevinci yaşayıb. Bir qol isə avtoqola üzülən Namiq Ələsgərovun hesabına yazılıb.

 

“Qəbələ” – “Qarabağ”: Bütün oyunlar

2006/07. Premyer Liqa

20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

2006/07. Premyer Liqa

22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

2007/08. Premyer Liqa. 

06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Beraya, 52

2007/08. Premyer Liqa

13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80

2008/09. Premyer Liqa

20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 

Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

2008/09. Premyer Liqa

15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10. Premyer Liqa

23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10. Premyer Liqa

06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78

2009/10. Premyer Liqa

21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1

Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43

2009/10. Premyer Liqa

24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)

2010/11. Premyer Liqa

25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83

2010/11. Premyer Liqa

13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75

2011/12. Premyer Liqa

27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Viktor Mendi, 37

2011/12. Premyer Liqa

21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

2011/12. Azərbaycan kuboku

14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Viktor Mendi, 41; Dodo, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90

2011/12. Premyer Liqa

18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16

2011/12. Azərbaycan kuboku

28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2011/12. Premyer Liqa

14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Yannik Kamanan, 70

2012/13. Premyer Liqa

31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32; Dodo, 34

2012/13. Premyer Liqa

10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)

2012/13. Azərbaycan kuboku

27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Dodo, 33 - Vüqar Nadirov, 56

2012/13. Azərbaycan kuboku

07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2012/13. Premyer Liqa

30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0

Riçard Almeyda, 39

2012/13. Premyer Liqa

28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2

Reynaldo Silva, 69; 77

2013/14. Premyer Liqa

25.08.2013. Qəbələ – Qarabağ (Ağdam) - 0:1

Vüqar Nadirov, 16

2013/14. Premyer Liqa 

03.11.2013. Qarabağ – Qəbələ - 4:3

Nikolos Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Çumbinyo, 65 - Lorenso Ebesilio, 71, Leonardo da Silva, 77, Dodo, 85

2013/14. Premyer Liqa 

08.02.2014. Qəbələ – Qarabağ - 0:1

Reynaldo Silva, 74

2013/14. Azərbaycan kuboku

13.03.2014. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

2013/14. Azərbaycan kuboku 

19.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Reynaldo Silva, 60 - Daniel Subotiç, 45+1; Viktor Mendi, 81

2013/14. Premyer Liqa 

30.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87

2014/15. Premyer Liqa

17.10.2014. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89 (p.)

2014/15. Premyer Liqa 

14.12.2014. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Bəxtiyar Soltanov, 46, Dodo, 60 - Namiq Ələsgərov, 23

2014/15. Premyer Liqa 

28.02.2015. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Namiq Ələsgərov, 45 (öz qapısına)

2014/15. Premyer Liqa 

02.05.2015. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Reynaldo Silva, 55 - Cavid Hüseynov, 90 (p.)

2015/16. Premyer Liqa 

10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Sergey Zenyov, 32, Samir Zərgərov, 87 - Riçard Almeyda, 62 (p.), 83

2015/16. Premyer Liqa 

19.12.2015. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Əfran İsmayılov, 79 - Ermin Zets, 4

2015/16. Premyer Liqa 

19.03.2016. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Sergey Zenyov, 17 - Migel Madera, 9, Mahir Mədətov, 72

2015/16. Premyer Liqa 

11.05.2016. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Dani Kintana, 17, 32

2016/17. Premyer Liqa 

02.10.2016. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Filip Ozobiç, 11; Baqali Dabo, 14

2016/17. Premyer Liqa 

29.11.2016. Qarabağ (Ağdam) – Qəbələ - 2:1

Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 - Filip Ozobiç, 64

2016/17. Premyer Liqa 

19.02.2017. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Sergey Zenyov, 30; Filip Ozobiç, 68





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right