"İnter"in sabiq prezidenti Azərbaycanı tərk etdi

Bakının "İnter” futbol klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib.

Newsport.az-ın məlumatına görə, bu barədə bolqarıstanlı futbol funksioneri özü bildirib.

G.Nikolov bildirib ki, aprelin 7-də Bolqarıstana dönüb. O, Azərbaycana girişinə bir il müddətinə qadağa qoyulduğunu da qeyd edib: "Martın 7-də Bolqarıstana dönmüşəm. Nəhayət ki, Varnada, evimdəyəm, problem həll olundu. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfində ölkəyə girişimə qadağa qoyulub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamağımdır. Halbuku icazəsiz yaşamaqla bağlı problem məndən qaynaqlanmırdı. Beynəlxalq Bankla bağlı araşdırmalar getdiyi üçün Azərbaycan çıxışıma qadağa qoyulmuşdu. Lakin mənə qarşı heç bir ittiham irəli sürülməmişdi. Proses başa çatdı və səbrli davrandığım üçün mənə təşəkkür edib, yola saldılar. Mənə dəstək olan, maraqlanan hər kəsə, xüsusən də media nümayəndələrinə təşəkkür edirəm. Ümid edirəm ki, yenə görüşəcəyik”.

"İnter”in sabiq prezidenti bundan sonra futbol sektorunda çalışmaq istəmir. O, şəxsi işini quracağını söyləyib: "Hələlik iş barədə düşünmürəm, istirahət edib, özümə gəlməliyəm. Artıq futbol sektorunda çalışmağa həvə yoxdur. Amma heç vaxt "heç vaxt” deməmək lazımdır. Şəxsi işimi quracaq. Yəqin ki, idmanla bağlı olacaq”.

Qeyd edək ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter”in prezidenti vəzifəsində çalışıb. Klubun fəxri prezidenti isə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin sabiq rəhbəri Cahangir Hacıyev olub ("Report").

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right