Qara Qarayevdən xeyirxah addım FOTO

“Qarabağ”ın futbolçusu Qara Qarayev xeyirxah addım atıb.

 

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Bakıda qalmağa yer axtaran Türkiyə vətəndaşlarına  yardım edib. Belə ki, Qara həmin şəxsləri otellerin birində yerləşdirib və onların qalması üçün lazım olan pulları öz cibindən ödəyib.

 

Bu barədə  həmin şəxslərdən biri olan Ozan Batuhan Atıcı şəxsi “facebook” səhifəsində yazıb:

 

“3 gecə Bakıda qaldıq. Yerləşdiyimiz otel bir az pis idi, yenisini axtarırdıq. Küçədə 2 nəfər gördük və onlardan qalmaq üçün ucuz, bir qədər keyfiyyətli otel yeri bilib-bilmədiklərini soruşduq.  Onlara türkiyəli olduğumuzu, səyyah olduğumuzu söylədik. Bizi bir otelə apardılar. Yolda həmin şəxslərdən biri  məndən futbolla maraqlanıb-maraqlanmadığımı soruşdu. Mən də az da olsa azarkeşlik etdiyim komandalar olduğunu bildirdim. Azərbaycanda isə “Qarabağ”a azarkeşlik etdiyimi dedim. Sən demə, qarşılaşdığım şəxs “Qarabağ”ın futbolçusu Qara Qarayev imiş, şoka düşmüşdüm.  Qara bizi otelə yerləşdirdi və pulumuzu ödədi. Sonra otelin qeydiyyat şöbəsindən zəng etdilər, səhər saat neçə oyanmaq istədiyimizi soruşdular və dedilər ki, Qara nahar etmək üçün də pulumuzu ödəyib. Qara ürəkdir, adamdır”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right