“Kəpəz” Bakı hazırlığını başa vurdu

Azərbaycan Premyer Liqasının 25-ci turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyuna hazırlığın əsas hissəsini  tamamlayıb.

Newsport.az-ın məlumatına görə, bu gün ADBTİA-nın stadionunda keçirilən məşqlə “sarı-göylər” Bakıdakı çalışmaları yekunlaşdırıb. 

Komanda sabah Nizami yurduna gələcək və matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək arenada keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right