Elxan Məmmədov: "Seçilə bilməsəm də..."

"Ötən dövr ərzində UEFA-nın üzvü olan 55 ölkənin 50 milli assosiasiyasının rəhbər şəxsləri ilə görüşlərim oldu, seçki proqramımı təqdim etdim, futbolun inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. UEFA-nın İcraiyyə Komitəsinə üzv seçilə bilməyən Məmmədov bununla bağlı açıqlama verib.

O bildirib ki, qaliblər sırasında yer almasa da, bu müddətdə böyük təcrübə qazanıb: “Aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunmuş UEFA-nın 41-ci növbəti Konqresində keçirilən seçkidə qalib gələ bilməsəm də, seçkiyə hazırlıq dövründə Avropa futbolunun nüfuzlu şəxsləri ilə görüşlərim mənim üçün böyük təcrübə oldu və gələcək fəaliyyətimdə bu proses zamanı əldə etdiyim təcrübədən maksimum yararlanmağa çalışacağam. Konqresdə mənə səs verən 24  milli assosiasiyanın kollektivinə, hazırlıq dövründə məndən dəstəyini əsirgəməyən hər bir kəsə, ölkə futbol ictimaiyyətinə, media təmsilçilərinə, ümumilikdə, futbol ailəmizə dərin təşəkkürümü bildirirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right