Qurban Qurbanov Prandelli və Benitesi geridə qoydu, Qriqorçuk 7 pillə gerilədi

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
 
Newsport.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.
 
Ötən cədvəldə 462-ci pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 2 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 464-cü yerdə qərarlaşıb.
 
44 yaşlı çalışdırıcı siyahıda Hamza Hamzaoğlu, Marko Silva, Xose Qonsales, İqor Tüdor, Pako Ayestaran, Tolunay Kafkas, Roberto Mançini, Rafael Benites, Hasan Kutlu, Mayk Felan, Vitor Pereyra və Çezare Prandelli kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.
 

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk da geriləyib. 7 pillə geriləyən ukraynalı mütəxəssis aktivindəki 852 xalla 663-cüdür.
 

Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16624 xal var. 2-ci yerdə 14165 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 13748 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11 026 xalla 4-cü, “Mançester Siti”nin “sükanı arxasında” olan Pep Qvardiola isə 10609 xalla 5-cidir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right