"Real" kimi klub da titulsuz qalır" "Neftçi"nin legioneri

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Qarabağ” – “Neftçi” oyununda hesab açılmayıb - 0:0.
 
Newsport.az xəbər verir ki, iki oyunun nəticəsinə görə “Qarabağ” mərhələ adlayan tərəf olub. Matçdan sonra əməkdaşımızın da sullarını cavablandıran "Neftçi" klubunun hücumçusu Daniel Seqovia öncə oyun haqda danışıb:

 

- Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, “Qarabağ”ı topsuz qoyaq və özümü nəzarət edək. Kəsərli hücumlar yaratmaq istəyirdik. Rəqib buna imkan vermədi. Təhlükəli epziod yarada bilmədik. Oyunda 1 epziod yaratdıq ki, Georgi Navalovskinin qayıdan zərbəsini qapıdan keçirə bilmədim. Bu qədər.


- Həmin epizodda fərqlənsəydin, çox şey dəyişə bilərdi?
- Belə şeyləri fikirləşməyək. Ona qalsa, ilk oyunda qalib gəlməli idik. Onda fərqli olacaqdı. Kubokun finalını öz əllərimizlə verdik. Vursaydım, vurmasaydım söhbətini etmək istəmirəm.

 

- Çox emosional görünürsən. Oyuna görə beləsən?
- Məğlub olmuşuq da... Gülüb, sevinəsi deyiləm ki? Oyunumuz istədiyimiz kimi alınmadı. “Qara zolağ”a düşmüşük. 3 oyundur ki, qalib gəlmirik. 4 oyunumuz qalıb və maksimum nəticə əldə etmək istəyirdik. “Kəpəz”lə oyunda vəziyyət düzəltməliyik.

 

- İlk oyundan sonra nəticə ilə barışmışdınız?
- Xeyr, deməzdim belə idi. Yaxşı hazırlaşmışdıq. Sadəcə, məşqçimiz belə taktika seçmişdi. İstəyirsənsə, 8 hücumçu ilə oyna. Bu o demək deyil ki, qalib gələcəksən. Bu oyunda rəqib bizə imkan vermədi.

 

- Avrokuboklara yalnız Premyer Liqadan vəsiqə qazana bilərsiz. Şanslarınızı necə dəyərləndirirsən?
- Bu, futboldu. Öncədən nəsə demək çətin olur. Biz “Neftçi”yik və qalib gəlmək üçün oynayırıq. Çempionatdan öncə hər klubun qarşısına məqsəd qoyulur. Məsələn “Real”, “Barselona” və “Atletiko” imi klubların qarşısına La Liqa, kubok və ÇL-ni qazanmaq məqsədi qoyulur. Mövsümün sonunda isə baxanda görürsən ki, “Real” kimi klub da titulsuz qalır. Futbolda belə hallara rast gəlinir. Bu o demək deyil ki, həmin komandalar mübarizə aparmayıb, ciddi hazırlaşmayıb. Sadəcə, belə baş verib. Növbəti oyunlara hazırlaşacağıq və uğur qazanmağa çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right