“Qurban Qurbanovla aramızda ciddi problem yoxdur” Elvin Yunuszadə

“Qarabağ”ın futbolçusu Elvin Yunuszadə “Neftçi” ilə kubokun yarımfinal mərhələsinin cavab matçından sonra Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Çətin olacağını bilirdik. Çətinlik çəkdik, çox qaçdıq. Şükürlər olsun ki, istədiyimiz nəticəni əldə etməyi bacardıq. Bunu qol buraxmadan bacarmaq daha da xoşdur. Hər şeydən öncə, “Qarabağ” azarkeşlərini təbrik edirəm. Çalışacağıq ki, gəldiyimiz yolun sonluğunu da gətirək.

 

- Finaldakı rəqibiniz “Qəbələ”dir. Çətin olmayacaq?

- “Qəbələ” ilə oyun maraqlı olacaq. Futbolsevərlər gözəl oyun izləyəcəklər. Amma hazırda finalı yox, aprelin 9-da “Qəbələ”yə qarşı keçirəcəyimiz çempionat oyununu düşünürük.

 

- Final Naxçıvanda keçiriləcək. Uzaq yolun komandaya yorğunluq gətirəcəyini düşünmürsən?

- Sözün düzü, finalın Naxçıvanda keçiriləcəyindən xəbərsizəm. Harda keçirilsə də, oyundu, final matçıdı. Oyunun hansı bölgədə keçirilməsindən asılı olmayaraq, kuboku qazanmaq lazımdır.

 

- Bir az keçmişə qayıdaq, bu barədə heç vaxt danışmamısan. Bir ara baş məşqçi Qurban Qurbanovla problemin olmuşdu. Qurban müəllim özü də açıqlamaında demişdi ki, Elvini bağışlamayacam...

- Belə deyim, Qurban müəllim bu günə qədər mənə çox kömək olub. Baş məşqçimiz nə edibsə, mənim yaxşılığım üçün edib. Mən də, bunlara görə ona təşəkkür edirəm. Əgər məni meydana buraxırsa, əlimdən gələni edirəm ki, onu utandırmayım.

 

- Səni bağışladığını hiss edirsən?

- Deyim ki, aramızda ciddi problem yoxdur. Şükürlər olsun, hər şey normaldır.

 

- Özünü “Qarabağ”da rahat hiss edirsən?

- Bizim böyük kollettivimiz var. Bəlkə də ən böyük üstünlüyümüz budur.  Meydana az-az çıxan oyunçular komanda yoldaşlarının sayəsində yadlıq hiss etmir.

 

- Çempionatda “Qəbələ”dən 4 xal irəlidəsiniz. Çempionluq şansınızı necə dəyərləndirirsən?

- Düzü, 4 xal gözümə görsənmir. Çünki “Qəbələ” ilə vacib oyunumuz var və çox şey dəyişə bilər. Uduza da bilərik, ona görə də çempionluq barədə düşünmürük.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right