"İnter" avrokuboklara vəsiqə qazandı

Ölkəmizi avrokuboklarda təmsil edəcək daha bir klubun adı məlum olub.

 

Newsport.az xəbər verir ki, paytaxtın “İnter” klubu da avrokuboklara vəsiqəni əldə edib. Buna səbəb “Neftçi”nin ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni dayandırması olub. Azərbaycan kubokunun finalında “Qarabağ” və “Qəbələ” qarşılaşacaq və hər iki komanda avrokuboklara vəsiqəni təmin edib.

 

“Sabiq bankirlər” çempionatda ilk 4 pilləni qarantiləyib və bu səbəbdən onların avrokuboklara vəsiqəsi rəsmiləşib.

 

Avrokuboklara son vəsiqə uğrunda “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right