Rahid Əmirquliyev: "Bu, hər bir futbolçu üçün ağırdır" MÜSAHİBƏ

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Qarabağ” – “Neftçi” oyununda hesab açılmayıb.

Newsport.az-ın məlumatına görə, iki oyunun nəticəsinə görə “Qarabağ” mərhələ adlayan tərəf olub. Matçdan sonra jurnalistlərin sullarını cavablandıran Ağdam klubunun futbolçusu Rahid Əmiruqliyev öncə oyun haqda danışıb:

- Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə də yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, cavab oyununda da “Neftçi”ni məğlub edək, amma alınmadı. Oyuna gəlincə, məncə, oyuna pis başlamamışdıq.

- Sanki “Neftçi” hər şeylə barışmışdı. Görmüşük ki, ilk oyunda məğlub olan komanda meydanda can qoyur. Amma “Neftçi”  bunu etmədi. Rəqib futbolçu kimi sən bu haqda nə düşünürsən?

- Mən inanmıram ki, “Neftçi” qələbə qazanmaq istəməsin. Çünki kubokdan Avropa Liqasına vəsiqə qazanmaq şansları var idi. Yəqin ki, biz onlara oynamağa imkan vermədik. Şanslarından istifadə edə bilsəydilər, bəlkə də başqa cür ola bilərdi.

- Sizin də bir neçə epizodda qol vurmaq imkanınız olsa da, yararlana bilmədiniz...

- Düzdü. Çalışırdıq ki, rəqibi əks hücumlarda yaxalayaq. Amma alınmadı.

- Komandanız meydanda çox rahat görünürdü...

- İlk oyunda əldə etdiyimiz nəticə sərfəli idi. Ola bilər ki, komandada müəyyən qədər arxayınlaşma olub. Buna baxmayaraq, oyuna ciddi hazırlaşmışdıq.

- Kubokun finalında rəqibiniz “Qəbələ” olacaq. Amma finaldan öncə də “Qəbələ” ilə oyununuz olacaq. Yəqin ki, həmin oyuna final gözü ilə baxırsınız...

- Bundan sonra keçirəcəyimiz bütün oyunlar finala bərbərdir, xal itirmək olmaz. Çalışmalıyıq ki, rahat oynaya bilmək üçün “Qəbələ” ilə oyunda qələbə qazanaq.

- Səni uzaqdan zərbələrin mahir ifaçısı kimi tanısaq da, uzun müddətdir bunu etmirsən. İnamsızlıq yaranmayıb ki?

- Yox, inamsızlıqdan söhbət gedə bilməz. Elə imkan olsa, yenə vuracağam.

- Bir müddət az-az oynamaq şansı qazanırdın. Oynamamaq təsir etməyib?

- Düzdü, az oynayanda oyun praktikasından əziyyət çəkirsən. Çalışıram ki, öz üzərimdə işləyim və daim heyətdə yer alım.

- Uzun müddət əsas heyətdə yer alan futbolçuya ehtiyat oyunçular skamiyasında oturmaq ağır gəlmir?

- Bu, hər bir futbolçu üçün ağırdır. Amma futbolda belə şeylər olur. Çalışmaq lazımdır ki, ehtiyata düşməyəsən.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right