"Lokomotiv" məmnuniyyətlə oynaya biləcəyim yerdi" Qara Qarayev

Ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ” iki oyunun nəticəsinə görə “Neftçi”ni üstələyib və finala vəsiqə qazanıb.
 
Newsport.az xəbər verir ki, bu gün keçirilən cavab oyunundan sonra Ağdam klubunun futbolçususu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyunda sərfəli nəticə qazanmışdıq. Amma bu, bizi arxayınlaşdırmamışdı. Başa düşürdük ki, "Neftçi" istənilən vaxt bizi cəzalandıra bilər. Özünüz də görürsüz ki, zədəli oyunçularımız var idi, meydana fərqli hdeyətlə çıxmışdıq. Buna baxmayaraq, finala yüksəldik. Azarkeşlərimizi təbrik edirəm. Hazırda final haqda yox, Premyer Liqanın növbəti turunda “Qəbələ” ilə oyun barədə düşünürük.

- Sanki “Neftçi” təslim olmuşdu...

- İstəməzdim ki, “Neftçi” haqda belə danışım. Yalnız öz komandam barədə danışa bilərəm. Amma ilk hissədə qol vurmağa çalışırdılar. Fürstələrdən yararlana bilmədilər.

- Adın “Lokomotiv”lə hallanır. Sənə təklif olub?

- Moskva təmsilçisinin çalışdırıcısı Yuri Syominin açıqlamasını eşitmişəm. Amma rəsmi təklif yoxdu. Amma belə təklif olsa, klubla danışacam. Baş məşqçimiz və rəhbərlikdən aslıdı.

- Bu işlə məşğul olan agent var?

- Bu işlə məşğul olan adam var, amma klub olan yerdə agent müdaxilə edə bilməz. Komanda nə desə, o olmalıdı.

- Mövsümün sonunda müqavilə başa çatacaq. Xaricdən təklif olsa gedərsən?
- Çox düşünmüşəm, istəyirəm. Əgər rəsmi təklif gəlsə və məni qane edən şərtlər olsa getməyi düşünürəm. Yəni hər şey məni razı salmalıdı. Şərtlər deyəndə, pulu nəzərdə tutmuram. Xaricdə daha çox oynamaq istəyirəm.

- “Lokomotiv”i necə klub kimi görürsən? Orada oynaya bilərsən?

- Tam razı olmaram ki, gedib orada ehtiyatda oturum. “Lokomotiv” Rusiyanın ortabab klublarından biridi. Bizim və mənim üçün böyük komandadı. Təklif gəldiyi halda, “Lokomotiv” məmnuniyyətlə oynaya biləcəyim yerdi.

- Başqa təkliflər var?

- Var, amma rəsmi deyil. Ən ciddi ruslar maraqlanır. Yuri Syomin də danışıb bu haqda.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right