“Bunlar Ermənistana xüsusi mesajdır” Tahir Gözəl

Ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ” iki oyunun nəticəsinə görə “Neftçi”ni üstələyib və finala vəsiqə qazanıb.

 

Newsport.az xəbər verir ki, bu gün keçirilən cavab oyunundan sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

 

- AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra verdiyiniz açıqlamada demişdiniz ki, “Neftçi”ni öz  meydanında məğlub etmək mənə əlavə zövq verəcək. Artıq “Neftçi”ni məğlub etmisiniz və mərhələni keçmisiniz. Hissləriniz necədir?

- Əvvəlcə “Neftçi”ni 80 illik yubileyi münasibəti ilə təbrik edirəm. Bu həqiqətən də möhtəşəm bir tarixdir. “Neftçi” bu cəhətdən hamımızın fəxridir. Amma “Qarabağ” da tarixi klubdur, ilk oyunlarımız illər öncəyə gedir. Bu günkü oyuna gəlincə, ilk oyunda yaxşı nəticə əldə etmişdik. Bu gün də müsbət nəticə gözləyirdik və alındığı üçün xoşbəxtik. Çox gözəl oyun oldu, komandadan razıyam.

 

- Bu gün “Qarabağ” demək olar ki, ikinci heyətlə oynadı. Futbolçulardan razı qaldınız?

- Normaldı. Əsas odur ki, nəticə oldu. İndi qarşıda “Qəbələ” ilə oyunumuz var və bu oyun bizim üçün olduqca vacibdir. Ona görə də Qurban müəllimin strategiyasını başa düşürəm, bəzi oyunçulara istirahət vermişdi. “Qəbələ” ilə oyunda xüsusən Rəşad Sadıqovu meydanda görmək istəyirəm.

 

- Kubokun finalında da komandanızın rəqibi “Qəbələ”dir...

- Bəli. Hədəfimiz “qızıl dubl”dur. “Qarabağ” adı və oyunu ilə buna layiqdir. Amma “Qəbələ” də çox çətin rəqibdir. Çətin və maraqlı oyunlar olacağını dərk edirik. Amma nəticə nə olsa, qəbul edəcəyik.

 

- Təbii ki, hər iki titul önəmlidir. Seçim qarşısında olsanız, hansı mükafatı seçərdiniz?

- Əlbəttə ki, çempionluq. Amma bunu indi demək düzgün deyil. Biz hər iki kuboka iddialıyıq. “Qarabağ” “qızıl dubl” etməlidir! Bu, tarixdir və biz bu tarixi yazmaq istəyirik. Qarabağın çətin dönəmində bunlar olduqca vacibdir. Qonşu ölkələr, xüsusən də Ermənistan “Qarabağ”ın uğurlarını görür. Məncə, bunlar Ermənistana xüsusi mesajdır. Bu o deməkdir ki, biz Qarabağın arxasındayıq.  

 

- Reynaldo “Qarabağ”dan gedəndən sonra "Adanaspor"da özünü yaxşı tərəfdən göstərə bilmir, son oyunlarda əsas heyətə düşməkdə çətinlik çəkir. Onun bu durumundan təəssüslənmirsiniz?

- Reynaldo istedadlı futbolçudur. Lakin niyə oynaya bilmir, başa düşmürəm. Son zamanlar biz də Reynaldonu əvvəkli formasına qaytara bilmirdik. Ümid edirəm ki, özünü yaxın zamanlarda toparlaya biləcək.

 

- Reynaldonun “Qarabağ”a qayıtmaq ehtimalı var?

- Bu, baş məşqçisimiz Qurban Qurbanova veriləcək sualdır. Biz heç vaxt onun işinə qarışmamışıq. Mən həmişə demişəm ki, baş məşqçimiz kimi işarə  etsə, onu da transfer edəcəyik. İndi Reynaldonu geri qaytarsaq, risk etmiş olarıq. Amma son qərar Qurban Qurbanova məxsusdur.

 

- Kubokun finalı Naxçıvanda olacaq...

- Əla! Dəstəkləyirəm. Mən özüm də Naxçıvana getmək və kabab yemək istəyirəm (gülür).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right