Elxan Məmmədov seçilmədi

Bu gün UEFA-nın növbəti konqresi keçirilib.

 

Newsport.az xəbər verir ki, qitə futbol qurumunun ən ali təbdbirində UEFA İcraiyyə Komitəsinə seçkilər də keçirilib.

 

AFFA-nın baş katibi Elxan Məmmədovun da namizədliyini irəli sürdüyü seçkidə 11 federasiya rəsmisi 8 vakant yer üçün mübarizə aparıb. E.Məmmədov 24 səs toplayaraq, İcraiyyə Komitəsinə seçilən "8-liy"ə düşə bilməyib.

 

Komitənin yeni üzvləri Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Sərvət Yardımçı (Türkiyə) seçiliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right