Roman Qriqorçuk: "Nələrisə icad etmək istəyəndə, hər şeyi korlayır"

Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşması çərçivəsində "İnter"i 2:0 hesabı ilə məğlub "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis hər şeydən razı qaldığını bildirib.

 

- Razıyam. Udmuşuq, finala çıxmışıq. Hər şey yaxşıdı.

 

- İlk cümlələrinizdən də gördük ki, rahat oynadınız. Əsas heyət oyunçularınıza dincəlmək şansı verdiniz. Fasilədə isə Stankoviçlə Subotiçi də əvəzlədiniz. Bu, o, anlama gəlmir ki, liderə qarşı oyun haqda düşünürdünüz?

- İlk oyundakı qələbə hələ finala çıxmağımız demək deyildi. Sadəcə, sıx qrafikə görə, funksional cəhətdən daha hazır olan uşaqlara güvəndik.

 

- Dabo-Subotiç tandemi haqda fikirləriniz maraqlıdı. Uikslə Dabonun oyununda geriləmə hiss olunur. Bunun səbəbini nədə görürüsünüz?

- Müxtəlif düzülüşlərə əl ata bilərik. Hər şey oyunçuların bu tapşırıqları hansı səviyyədə həyata keçirməsindən asılıdı. Götürək Dabonu. Uzun müddət oynamadı. Hələ tam bərpa olmayıb. Subotiç də bizim oyun üslubumuza hələ tam uyğunlaşmayıb. Uiks mövsümün əvvəlində hücumameylli mövqedə oynayırdı. Ancaq hesab edirəm ki, Teo bizim modeldə dayaq yarımmüdafiəçisi kimi daha faydalıdı. Təbii ki, hələ bir çox komponentlərdə artırmalıdı.

 

- Rəşad Eyyubov faciəvi futbol sərgilədi. Ancaq sonadək onu dəyişmədiniz…

- Rəşada tövsiyəm budu ki, sadə oynasın. Nələrisə icad etmək istəyəndə, hər şeyi korlayır. Ancaq deməzdim ki, onun oyunu faciəvi idi. Bu gün çox çalışdı. (Sport24.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right