UEFA AFFA-ya 1 milyon avro verəcək

UEFA ona üzv olan bütün milli assosiasiyaların hər birinə 1 milyon avro əlavə vəsait ayıracaq.
 
Newsport.az xəbər verir ki, bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən UEFA-nın 41-ci Konqresimdə qurumun prezidenti Aleksandr Çeferin bildirib:
 
"Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayıracağıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu".
 
Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right