“Kəpəz” “Neftçi” ilə oyuna itkisiz hazırlaşır

Azərbaycan Premyer Liqasının XXV turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına başlayır. 
 
Newsport.az xəbər verir ki, komanda tarixi derbinin əsas hazırlığını Bakıda keçirəcək.
 
Son turda “Qarabağ” ilə oyundan sonra bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçib bir gün istirahət edən “sarı-göylər” bu gündən meydanda məşqlərə çıxacaq. Gəncə klubu aprelin 7-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. Bu günə olan hazırlıq prosesi saat 16:00-a təyin olunub. 
 
Komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdu. Nicat Qurbanov və Şəhriyar Rəhimov cəza dövrünü başa vurduğundan “Neftçi”yə qarşı matçda oynaya biləcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right