"Neftçi"də ciddi itkilər

"Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qarabağ"ın qonağı olacaq.
 
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" bu oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, paytaxt təmsilçisinin 3 futbolçusu "Qarabağ"a qarşı oynaya bilməyəcək.
 
Bir müddətdi zədəli olan Ruslan Abışovla Pavel Dreksa bu gün baş tutacaq matçın iştirakçısı olmayacaqlar. Qışda “Qarabağ”dan “Neftçi”yə transfer olunan Namiq Ələsgərov isə klublar arasında olan razılaşmaya görə, meydana çıxa bilməyəcək.
 
Qeyd edək ki, “Qarabağ” - “Neftçi” oyunu bu gün saat 19:30-da, Toqiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right