Qurban Qurbanov: "Hamının qarşısında başımız ucadır"

Bu gün Azərbaycan Premyer Liqsının 23-cü turu çərçivəsində “Qarabağ” “Zirə” ilə 0:0 hesablı bərabərlik əldə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Çox maraqlı oyun oldu. Sadəcə, qol çatışmadı. Yaxşı mübarizə getdi. “Zirə”yə uğurlar arzulayıram. Son vaxtlarfərqli sistemdə oynayırlar. Futbolçularımdan razı qaldım. Qarşıdan milli komandaların oyununa görə fasilə gəlir. Həmin 10 gündə yaxşı hazırlıq keçəcəyik.

- Fasilədə yoldaşlıq oyunu keçirəcəksinizmi?

- Bunu istəyirik. Sadəcə, oyunçuların çoxu milli komandalara gedəcək. Əlimizdə oyunçu qalmayacaq. Çalışacağıq ki, əvəzedicilərlə yoldaşlıq oyunu keçirək.

- Rəqib azlıqda qaldıqda Rəşad Sadıqov da irəli getdi. Bu, sizin tapşırığınız idi?

- Komanda azılqda qaldıqda daha diqqətli olur. Bu, hər komandada belə olur. Ansinin ayağında yüngül zədə oldu. Dəyişiklik etdim ki, rəqib meydanında çoxala bilək.

- “Zirə” bu gün yaxşı mübarizə apardı. Düşünmürsüz ki, “Zirə” sübut etmək istəyirdi ki, “Qarabağ”a yaxınlığı yoxdu?

- “Zirə” “Qarabağ”  yaxınlığını sübut edəcək dəlil yoxdur. “Zirə” ilə oyunlar ağır olur. Çempionatın sonuna doğru oyunlar həmişə ağır olur. “Qəbələ”nin xal itirməsinə görə futbolçularımızda arxayınlıq yaranmayıb. Bizə qələbə lazım idi. Çempionatın sonuna yaxın qələbələr qazanmalıyıq. Hamının qarşısında başımız ucadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right