Qriqorçuk: "Qəbələ"nin çətin vəziyyətdə olduğunu düşünmürəm"

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qəbələ” səfərdə AZAL-la 1:1 hesablı bərabərlik əldə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- Komandamın oyunundan razıyam. Xal itirdiyimizə görə məyusam. Sadəcə, epizodlarımızdan istifadə edə bilmədik. Bu səbəbdən xal itirdik.

- “Qarabağ”ın bu gün xal itirməsinə inanırsınızmı?

- Bu barədə fikirləşmək istəmirəm. Bizə hazırda “Qarabağ”la oyunumuzu düşünürük. Çalışacağıq ki, “Qarabağ”da oyunda xal itirməyək.

- Komanda son  oyunlarda xal itirir. Sizcə, “Qəbələ” çempion olmağa hazırdırmı?

- Bunu nə təsdiq, nə də inkar edə bilmərəm. Qarşıda 5 oyunumuz var. Bu suala çempionatın sonunda cavab verə bilərəm.

- Son günlər yenidən Qriqorçukun Ukrayna klublarından birinə keçidi gündəmdədir. Bu söhbətlərə son qoya bilərsinizmi?

- Bu tip mövzülərə fikir bildirmək istəmirəm. Konkret olaraq şərhsiz deyirəm. Hazırda “Qəbələ”nin çətin vəziyyətdə olduğunu düşünmürəm.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right