"Ən azı heç-heçəyə layiq idik" - Zaur Svanadze

Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Neftçi”yə uduzan (1:2) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə komanda yaxşı təsir bağışladı. İlk hissədə ərazi üstünlüyü “Neftçi”də idi. Ancaq təhlükəli vəziyyət yaratmadılar. İkinci hisədə üstünlük bizdə idi. Ancaq bəxtimiz gətirmədi. Ən azı heç-heçəyə layiq idik. Bu komandaya cari mövsümdə 3 dəfə uduzmuşuq. Bizim üçün münasib rəqib deyil. Ancaq edəcək heç nə yoxdu.

- Bugünkü məğlubiyyətə görə özünüzdə səhv görürsüz?
- Məğlubiyyəti sadəcə, bəxtsizliklə əlaqələndirərdim.

- “İnter” elə təsir bağışlayırdı ki, sanki hücum üzərində məşq etməyib...
- Taktiki baxımdan hər şey qaydasındadı. Son iki ildi bu cür taktikayla oynayırıq. Oyunçular nəyi necə etməli olduqlarını bilirlər. Sadəcə, bəzi texniki səhvlər oldu. Həm də ehtiyat oyunçular skamyamız qısadı.

- Səlahət Ağayevin yeri görünür? 
- Səlahət Ağayev yaxşı qapıçıdı. O, komanda üçün əsas oyunçulardan biridi. Ancaq bu gün Səlahət də qol buraxa bilərdi.

- Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçəndə klublar arasında belə anlaşma oldu ki, bu futbolçu “Qarabağ”a qarşı oynamayacaq. Bəs Ruslan Abışovun keçidi zamanı bağlı belə anlaşma olmamışdı?
- Ruslanın keçidi Türkiyədə olduğumuz zaman həll olundu. Belə razılaşma olmayıb. Onun komandadan getməsinə görə təəssüf edirəm.

- Siz vaxtilə “Neftçi”yə qarşı oynamısız. Sizcə, hazırkı “Neftçi”də o vaxtkıyla müqayisədə hansı çatışmazlıq var?
- “Neftçi”yə qarşı oyun həmişə çətin olub. “Dinamo”da oynadığım zaman bu komandaya qarşı oyunumuzda müdafiəçimiz səhvə yol vermişdi. Bunun nəticəsində “Neftçi” qalib gəlmişdi. Tbilisiyə gedəndə gördüm ki, bütün qəzetlər qolun mənim səhvimdən vurulduğunu yazırdı. O ki qaldı indiki “Neftçi”ylə müqayisəyə, indiki “Neftçi” yeni komandadı. Vaxt keçdikcə daha yaxşı olacaqlar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right