Musa Qurbanov uğursuz çıxışdan danışdı: "Tədbir görülməlidir"

I Divizionda mübarizə aparan "Zaqatala" klubunun Müşahidə Şurasının prezidenti Musa Qurbanov müsahibə verib

- Qış fasiləsindən sonra üç oyunun ikisində "Zaqatala" uduzub. Ardıcıl məğlubiyyətlərə səbəb nədir?

- Deməzdim ki, həmin 2 oyunda məğlubiyyətə layiq idik. “Şəmkir”lə səfərdəki oyunda stadionun ot örtüyü bərbad idi. Futbol adına meydanda heç nə yox idi. Hər iki tərəf topu qabağa vurmaqla məşğul idi. “Turan Tovuz”la görüşün 2-ci hissəsində rəqib 1 dəfə mərkəz xətti keçdi ki, onu da qolla tamamladı.

- Müsahibələrizin birində komandanın qarşısına çempionluq məqsədi qoyulduğunu söyləmişdiz. Hazırda şansları necə qiymətləndirirsiz?

- Çalışacağıq ki, Premyer Liqaya vəsiqə verən yerlərdən birini tutaq. 

- “Zaqalata”da baş məşqçi dəyişikliyi ediləcəyi haqda xəbərlər dolaşır...
- Belə xəbərlər həqiqətə uyğun deyil. Fikirləşirəm ki, tədbir görülməlidir. Qış fasiləsindən xallar itirmişik.  Komandayla toplantı keçirəcəyik. Futbolçularla söhbətimiz olacaq.

- I Divizionda çempionluq uğrun qızğın mübarizə gedir. Sizcə hansı komanda çempionluq uğrunda mübarizədə favoritdir?

- Ən azı 5-6 komanda sona qədər mübarizə aparacaq. 

- Mübarizə baxımından I Divizionun Premyer Liqadan gərgin keçdiyini söyləmək olar?

- Premyer Liqada çempionluğa 2 komanda oynayır. Digər klublar isə təxminən eyni səviyyədədir. Bu baxımdan fərq çox deyil. Düzdü, I Divizionda çempionluq uğrunda daha çox komanda mübarizə aparır. Amma səviyyə baxımından Premyer Liqa klubları yüksəkdədir.

- Növbəti oyun Qusarda “Şahdağ”a qarşı olacaq. Yenə bərbad stadionda oynamalı olacaqsız...
- Bəli, orda da stadion bərbadır. Bizə çətin olacaq.

 Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right