"Qarabağ" yürüş təşkil edəcək

Fevralın 26-da "Qarabağ" klubunun üzvləri Şəhidlər Xiyabanına yürüş təşkil edəcək.

Klubdan Newsport.az-a verilən məlumata görə, tədbir saat 11:00-a planlaşdırılıb.

Yürüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, klub rəsmiləri, futbolçular, eləcə də, komandanın azarkeş qrupları iştirak edəcəklər.

Qeyd edək ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right