"Energetik" və "Ağsu"ya 20, "Qaradağ Lökbatan"a 80 manat pul cəzası

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Newsport.az xəbər verir ki, iclasda I Divizionun 17-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub. 

 

I Divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 86-cı dəqiqəsində “Ağsu” klubunun 12 №-li futbolçusu Şamo Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Energetik” – “Turan Tovuz”  matçının 45+1-ci dəqiqəsində “Energetik” klubunun 17 №-li futbolçusu Etibar Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right