Zaur Svanadze: "Nizami Hacıyev millidə oynaya bilər"

Bakının "İnter"in klubunun baş məşqçisi Zaur Svanadzenin Sportal.az-a müsahibəsi:

- "İnter" ikinci dövrədə keçirdiyi 5 oyunda 8 xal toplayıb. Bu nəticə sizi qane edir?

- Yalnız "Neftçi" ilə oyunu çıxmaq şərtilə demək olar ki. qalan 4 matçda komandam yaxşı oyun nümayiş etdirdi. Bilirsiz ki, "Sumqayıt"la oyunda rəqibin son dəqiqələrdə vurduğu qola görə qələbəni əldən verdik. "Zirə"yə qarşı da yaxşı oynadıq. Üstünlük bizim tərəfimizdə olsa da, rəqib müdafiə olundu. Digər 2 qarşılaşmada isə komandam möhtəşəm oynadı. O ki, qaldı 8 xal toplamağımıza, mən hesab edirəm ki, pis nəticə deyil. Düzdü, bu xalların sayı daha çox da ola bilərdi. Amma buna baxmayaraq "Neftçi" ilə oyundan başqa digər  xal itirdiyimiz görüşlərdə pis çıxış etməmişik.

- Növbəti turda bu mövsüm məğlub olmadığınız "Qarabağ"la oynayacaqsız. Bu matçdan gözləntiləriniz nədi?

- "Qarabağ" hazırda Azərbaycanın ən güclü klublarından biridi. Çempionluq uğrunda mübarizə aparırlar. Bəli, onlar ilk iki dövrədə bizə qalib gələ bilməyiblər. Çətin oyun olacaq. "Qarabağ" ötən tur çempionluq yarışında əsas rəqibi olan "Qəbələ"yə məğlub olub. Bunu nəzərə alsaq, deyə bilərəm ki, bizim üçün çətin olacaq. Çünki onlar xal itirmək istəmirlər. Biz də istəyirik ki, izləyici kimi "Qəbələ" və "Qarabağ"dan geri qalmayaq. Aramızda xal fərqi çox olsa da, bu fərqi azaltmağa çalışacağıq. Gözəl oyun olacağını düşünürəm. Mənə elə gəlir ki, stadiona gələn azarkeşlər hər iki komandanın ifasında baxımlı oyun izləyə biləcəklər.

- Hazırda Nizami Hacıyev yaxşı formada olsa da, Robert Prosineçki onu milli komandaya dəvət etmir. Sizcə Nizami millidə oynaya bilr?

- Nizami öz ampluasında hərtərəfli güclüdü. Verilən tapşırıqları layiqincə yerinə yetirir. Mənə elə gəlir ki, Nizamı millidə oynaya bilər. Milli komandaya xeyiri dəyər. Hazırlıq oyunlarında onu sınamaq olar. Düzdü, hər şey futbolçunun özündən asılıdı. O, sübut etməlidi ki, bəli, bu gün milliyə xeyir verəcək futbolçudu. Sözsüz ki, millidə əsas söz sahibi baş məşqçidi, qərarları o verir. Lakin mən "İnter"in baş məşqçisi olaraq tövsiyyə edərdim ki, Nizami Hacıyevə özünü hərtərəfli göstərmək üçün şans verilsin. Mənə elə gəlir ki, Prosineçki onu yoxlama oyunlarında sınamalıdı.

- Azərbaycan Beynəlxlq Bankı "İnter"ə sponsorluqdan imtina etdi. Bunun komandaya təsiri necə oldu? Futbolçular vaxtında maaş ala bilir?

- 10 gün bundan öncə maaşlarımızı almışıq. Maliyyə baxımından hər şey qaydasındadı.Çətinliyimiz olsa da, AFFA çalışır ki, maaşlarımızı vaxtında versin. Necə olsa da, biz çalışırıq ki, mövsümü başa vuraq.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right