Tərlan Əhmədov: "Vaqif Cavadov düşdüyü vəziyyətdən özü çıxmalıdır"

Azərbaycan Premyer  Liqasının XIX turunda “Sumqayıt” öz meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.

 

Newsport.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib:

 

- Futbolçularımdan razı qaldım, mübarizə apardıq. Cəmi 1 səhvə görə məğlub olduq. İmkanlarımız olsa da, qol vura bilmədik. Məğlubiyyətə səbəbkar futbolçular yox, mənəm. Bəxtimiz gətirmədi, təəssüflənirik. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmalıyıq. Yaxın günlərdə rəhbərliklə görüşümüz olacaq, bəzi məsələlərə aydınlıq gətirməliyik.

 

- Dediniz ki, komandanın məğlubiyyətinə günahkar özüməm. Günahınızı nədə görürsünüz?

- Görünür ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm.

 

- Ad baxımından götürsək, AZAL bu heyətlə medallar uğrunda mübarizə apara bilər. Amma bu gün heyətinizdə olan təcrübəli futbolçular kobud səhvlər edirlər...

- Futbolda belə hallar olur. Dahi futbolçular da səhv edirlər. Rəşadı, Vaqifi və Ruslanı qınamaq istəmirəm. Əgər səhvlərdən danışırıqsa, gərək “Real”ın, “Barselona”nın oyunçularını assınlar.

 

- Komandaya cəlb olunan futbolçulardan razısınız?

- Vallah, nə deyim. Arkadi Qalperin artıq komandamızda uyğunlaşıb. Eyni sözləri Sadio haqda da deyə bilərəm. Omeqa da yaxşı oynadı, çox soyuqqanlıdır. Madunun isə artıq çəkisi var, ümid edirəm ki,  o da komandaya uyğunlaşacaq.

 

- Vaqif Cavadovun oyunu sizi qane edir? Ona bildirmisiniz ki, AZAL son dayanacaqdı?

- Mən heç kimə heç nə bildirmirəm. Vaqif düşdüyü vəziyyətdən özü çıxmalıdır. Deyə bilmərəm ki, AZAL Vaqifin son dayanacağıdı. Bəlkə bizim komandamızdan yaxşı komandaya tranfer ediləcək. Mənim Vaqifə ümidim böyükdür.

 

- Maraqlıdır, pulu olmayan AZAL bu qədər legioneri necə transfer edir?

- Dostlar sağ olsun. Dostlar Mehdi Taoulini kömək məqsədi ilə komandamıza göndəriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right