"Adanaspor" "Qarabağ"ın daha bir futbolçusuna "elçi düşdü" ÖZƏL

"Qarabağ"ın hücumçusu Reynaldonun "Adanaspor"a transferi haqda ilk olaraq Newsport.az məlumat yaymışdı.

Əldə etdiyimiz məlumata görə, Super Liqa təmsilçisi yenə də Ağdam klubunun qapısını döymək niyyətindədir. Adanalılar komandanın onurğa sütunu olan Riçard Almeydanı transfer etmək istəyir. "Adanaspor"un baş məşqçisi Levent Şahin rəhbərlikdən bu transferin reallaşmasını tələb edib.

Reynaldonu 500 min avro qarşılığında "Adanaspor"a satan "Qarabağ" Almeydanı əldən buraxmaq niyyətində deyil. Üstəlik, braziliyalının yayda ölkəmizdə legioner həyatını yaşamasının 5-ci ili tamam olacaq və milli komandamızın futbolçusu ola biləcək.

Qeyd edək ki, Almeyda 2012-ci ildən "Qarabağ"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right