"Qəbələ" ilk heç-heçəsini etdi VIDEO

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
 
Newsport.az xəbər verir ki, "qırmızı-qaralar" Qazaxıstanın "Ordabaşı" klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın sonuncu yoxlama oyunu isə yanvarın 23-də "Şkendiya"ya (Makedoniya) qarşı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right