"Kəpəz" I Divizion klublarına qalib gəldi

Mövsümün qalan hissəsinin hazırlıqlarınıl ölkəmizdə davam etdirən "Kəpəz" iki yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, "sarı-göylər" I divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. Matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Kəpəz"in heyətində Fərid Məmmədovla Tural Rzayev fərqlənib.

 

"Kəpəz" həmçinin "Zaqatala" ilə də qarşılaşıb. Tural Nərimanovun dublu Gəncə klubuna qalibiyyət gətirib.

 

Qeyd edək ki, "Kəpəz" bundan öncə MOİK-lə qolsuz heç-heçəyə razılaşmış, AZAL-a isə 2:1 hesabı ilə məğlub olmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right