Qurban Qurbanov: "Hər kəs "Qarabağ"a milli komanda kimi sahib çıxır"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Anadolu Agentliyinə müsahibə verib.

 

Newsport.az xəbər verir ki, təcrübəli çalışdırıcı müsahibəsində bir çox məslələrdən danışıb:

 

“Avrokuboklarda çıxış edirik. Avropanın məşhur klublarını doğma meydanımızda qəbul edə bilmirik. Hazırki vəziyyətdə bu imkansız görünür, amma ümidimiz itirməmişik. Ölkə prezidentimiz işğal edilmiş torpaqların geri qaytarılması üçün çalışır. İnşallah yaxın zamanlarda öz torpaqlarımıza qayıdarıq, buna çox ümidliyik. İnşallah torpaqlarmızda öz stadionumuz olar və güclü komanda ilə azarkeşlərimizin qarşısında olarıq. Azarkeşlərə təşəkkür edirəm. Heç vaxt bizi tək buraxmırlar. Meydanda bizi həmişə dəstəkləyiblər. Avrokuboklar matçında isə bütün Azərbaycan bizi dəstəkləyir. Bu mövsüm Çempionlar lİqasındakı matçlarda Azərbaycan və Türkiyə bayraqları hər zaman yan-yana idi. Bu, oyunçuları da motivasiya edir. Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır”. 

 

Təcrübəli mütəxəssis Türkiyənin böyük klubları sayılan “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray”la oyunların keçirilməsinin tərəfdarı olduğunu söyləyib:

 

“Həm Türkiyənin, həm də Azərbaycanın liqası çətindir. Öz aramızda oyun keçirmək üçün münasib təqvim seçmək asan deyil.  Amma qardaş ölkərin komandaları arasında oyunlar olsa, hər iki ölkənin futbol əlaqələri yaxın olar. Türkiyədə “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” azarkeşləri olduğu kimi, bizim ölkədə də bu klublara azarkeşlik edənlər var. Azərbaycanda bu klublara qarşı oynamaq böyük maraq cəlb edər. Bu səbədən bu komandaları Azərbaycanda gözləyirik. Təbii ki, “üç böyüklər”lə avrokuboklarda qarşılaşmaq daha yaxşı olardı. Futbolumuz inkişaf edir. Bu səbəbdən növbəti illərdə Türkiyə klubları ilə qarşılaşacağımıza inanıram”. 

 

Qurban Qurbanov “Qarabağ”ın bu mövsümki hədəflərindən danışıb:

 

“Azərbaycan Premyer Liqasında “Qəbələ”dən 1 xal öndəyik. Hədəfimiz çempion olmaq və Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqdır. Bununla da Azərbaycan futbolunda bir ilki yaşamaq istəyirik”.

 

Qurbanov “Qalatasaray”ın PAOK-dan transfer etdiyi Qarri Rodriqes haqda da danışıb.Çalışdırıcı bu mövsüm Avropa Liqasında üz-üzə gəldikləri oyunçu barədə bu fikirləri bildirib:

 

“Çox sürətli və texnikalı futbolçudur. Topla  birlikdə də sürətli hərəkət edir. Qarri Rodriqesin “Qalatasaray”a güc qatacağını düşünürəm”.

 

Məşqçi Türkiyə Super Liqası haqda da danışıb:

 

“Başakşəhər çox yaxşı performans nümayiş etdirir. Onalara uğurlar arzu edirəm. “Başakşəhər”in çempion olması Türkiyə futboluna böyük fayda verər. Çünki bir yenilik olacaq. Daha çox “Beşiktaş”ın oyunlarını izləyirəm. Çox təcrübəli məşqçilər var. Təbii ki, “üç böyüklər”in çempionluq təcrübəsi onları ön plana çıxarır. Amma futbol hər zaman sürprizlərlə dolu olur”.
 

Çalışdırıcı sonda ən çox bəyəndiyi türkiyəli futbolçunun “Bayer”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu olduğunu bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right