"Qarabağ" Rusiya klubundan azərbaycanlı futbolçu gətirdi

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" düşərgəsinə yeni futbolçu dəvət edib. 

Newsport.az-ın əldə etdiyi məlumata əsasən, Qurban Qurbanov Rinat Hüseynovu yoxlanışa çağırıb. O, Rusiya vətəndaşıdı. Yaşı 19, ampluası müdafiəçidi.

"Amkar"ın yetirməsidi. Rusiya premyer-liqasında iddialılardan olan Perm klubunun gənclərdən ibarət heyətində forma geyinir. Fiziki göstəriciləri əladı: boyu 189 sm, çəkisi 74 kq-dı. Mövsümün ilk yarısında 15 oyunda "Amkar" forması geyinib və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right