"Qarabağ" və "Qəbələ" gerilədi

Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin sonuncu turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

 

Newsport.az xəbər verir ki, Azərbaycan klublarının reytinq mövqeyində də dəyişikliklər olub. “Qarabağ” “Fiorentina”ya 1:2 hesabı ilə uduzmaqla bir pillə geriləyib. Ağdam klubu 18,050 xalla 105-ci sırada qərarlaşıb.

 

Səfərdə Almaniyanın “Maynts” klubuna 0:2 hesabı ilə uduzan “Qəbələ” isə 3 pillə geriləyib. "Qırmızı-qaralar" 7,800 xalla 185-ci pillədir.


“İnter” 6,050 xalla 225-ci, “Neftçi” 9,800 xalla 2 pillə geriləyərək 162-ci, “Kəpəz” isə 4,050 xalla 299-cudu.

 

Reytinq cədvəlinə İspaniya “Real”ı (160,656) başçılıq edir. “Bavariya” (Almaniya) 149,299 xalla 2-ci, “Barselona” (İspaniya) 146,656 xalla 3-cüdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right