"Neftçi"də ciddi itki

"Neftçi" klubunun futbolçusu Cavid İmamverdiyev zədələnib.

 

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi 10-14 gün yaşıl meydanlardan kənarda qalacaq. 26 yaşlı yarımmüdafiəçiyə sağ ayaq baldır əzələsinin dartılması diaqnozu qoyulub.

 

Komandanın digər zədəli üzvü yarımmüdafiəçi Elşən Abdullayev isə ağır zədədən sonra müalicəsini davam etdirir. Onun meydanlara qayıdacağı vaxt hələ dəqiqləşməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right