Elxan Məmmədov: "İlin ən yaxşı baş məşqçisi adına Qurban Qurbanov layiqdir"

"2016-cı ilin ən yaxşı baş məşqçisi adına Qurban Qurbanov daha çox layiqdir". 

 

Newsport.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, "Qarabağ"ın baş məşqçisini Azərbaycan yığmasına rəhbərlik edən Robert Prosineçki ilə müqayisə edib. Baş katibin fikrincə, Robert Prosineçki hazırda yol gedirsə, Qurban Qurbanov bu yolun sonundadır. 

 

AFFA rəsmisi Azərbaycan komandalarının sabit çıxış etməyə başladıqlarını da vurğulayıb: "Bu gün sevindirici haldır ki, komandalarımız müsbət mənada sabit nəticələr göstərir. Artıq "Qarabağ" və "Qəbələ" qrup mərhələsində çıxış edir, əsas millimiz seçmə mərhələdə yaxşı nəticə göstərir, futzal millimiz ilk dəfə qatıldığı dünya çempionatında 1/4 finaladək irəliləyib. Ən böyük arzumdur ki, "Qarabağ" Avropa Liqasının 1/16 final mərhələsinə yüksəlsin". (report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right