"Energetik"in futbolçusu rəqibi vurduğuna görə sərt cəzalandırıldı

Bugün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, iclasda I divizioun VII turunda keçirilmiş matçlarda qeydə alınmış qayda pozuntuları ilə bağlı komandalara müəyyən cəzalar tətbiq olunub.

I Divizionun VII turunun “Mil-Muğan” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun VII turunun “Energetik” – “Şərurspor” matçında “Energetik” klubunun 4,  “Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Oyunun 50-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Oyunun 60-cı dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Vahid Rostami rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right