Azərbaycanlı idmançı Tiraya görə "Neftçi" azarkeşlərini söhbətə çağırdı FOTO

Xəbər verdiyimiz kimi, ötən gün baş tutan “Neftçi” – “Qarabağ” oyununda “ağ-qaralar”ın futbolçusu Katalin Tira azarkeşə yumruq atıb.

Newsport.az-ın məlumatına görə, məsələyə idmançı Kamil Zeynallı da münasibət bildirib. O, Katalin Tirayla fotosunu paylaşaraq ona belə bir şərh verib:

“Katalin Tira... “Neftçi” adlı-sanlı komandadı, azarkeşləri də böyükdü. Yəqin bir-birimizi başa düşərik. Gəlin, mənlə söhbət edin, əziz qardaşlar...”

İdmançının bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, istifadəçilər onu tənqid edərək bu formada dəstəyin yolverilməz olduğu fikrini bölüşüblər.

 

Kamil “Neftçi” azarkeşlərini “razborka”ya çağırır  -  Tiraya dəstək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right