"Qəbələ"də şok itki: Futbolçunun burnu sındı!

Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"a bərabərə (2:2) qalan "Qəbələ"nin daha bir futbolçusu sıradan çıxıb.
Newsport.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Rafael Santos zədələnib.
 
Braziliyalı müdafiəçinin ən azı 15 gün məşq edə bilməyəcək. Belə ki, "kimyaçılar"la oyunda Mirabdulla Abbasov top uğrunda mübarizə zamanı Santosun burnunu sındırıb. Bu isə o deməkdi ki, "sambaçı" "Neftçi" və "Sent Etyen"lə oyunda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, son oyunda Sergey Zenyov, Elvin Camalov, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov da zədə səbəbi ilə "Qəbələ"yə kömək edə bilməyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right