Yunis Hüseynov: "O futbolçu dərhal Azərbaycandan qovulmalıdır"

“O futbolçu dərhal Azərbaycandan qovulmalıdır. Fikirləşmədən. O özü  düşünmədən Azərbaycandan getməlidir. Əvvəlcə isə üzr istəməlidir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Xəzər lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

O, “Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın “Qarabağ”la oyunda meydana girən azarkeşi vurmasını kəskin tənqid edib:

“Futbolçunun bu hərəkəti biabırçılıqdır. Azarkeş komandasına dəstək olmağa gəlir. Azarkeşsiz futbol oynamaq olmaz. Futbolun gözəlliyi azarkeşlərin çılğınlığındadır. Heç meydana girən azarkeş futbolçulara toxunmurdu”.

“Neftçi”  tərbiyəsiz hərəkətinə görə Katalin Tiranı yalnız məşqlərdən uzaqlaşdırmaqla kifayətlənib.

Y.Hüseynov uzun müddət formasını geydiyi “Neftçi”nin bu qərarını anlamadığını qeyd edib:

“Hansı addımı atacaqlarını özləri bilər. Ancaq bu hərəkəti edən futbolçu komandanın lideri, gözü olsa da, dərhal qovulmalıdır. Bu barədə heç düşünmək də lazım deyil”.

Y.Hüseynov Katalin Tiranın vurduğu azarkeş haqda  “Bilmirdim ki, o, bizim azarkeşimizdir. Elə bildim ki, "Qarabağ"ın azarkeşidir" deməsinə də münasibət bildirib: “Bu nə demədkir? Fərqi nədir ki? Sən kimsən ki, azarkeşin üstünə şığıyırsan? Yəqin ki, hamı mənim fikrimlə razılaşar. Futbolçunu düşünmədən onu qovmaq lazımdır”.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right