"Neftçi"yə 6400 manatlıq cərimə, Tiraya ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə iclasda Azərbaycan Premyer Liqasının IX turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub. 

 
Ən ağır cəza "Qarabağ"la oyunda meydançaya daxil olan azarkeşi döyən "Neftçi"nin futbolçusu Katalin Tiraya verilib. 
 
Azərbaycan Premyer Liqasının IX turunun "Kəpəz” – "İnter” matçında "İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının IX turunun AZAL – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının IX turunun "Sumqayıt” – "Qəbələ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ” klubunun 39 №-li futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi” – "Qarabağ” matçında meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində "Neftçi” klubunun 9 №-li futbolçusu Catalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right