“Neftçi” Katalin Tiranın klubdakı taleyi ilə bağlı rəsmi məlumat yaydı

"Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ”la matçda meydana daxil olan azarkeşi döyən rumıniyalı futbolçu Katalin Tira ilə bağlı rəsmi məlumat yayıb. 
 

Newsport.az-ın məlumatına görə, klub futbolçunun məşqlərdən kənarlaşdırıldığını və onunla bağlı qərarın yaxın günlərdə veriləcəyini bildirib: "Rumıniyalı hücumçu Katalin Tira komandanın məşqlərindən kənarlaşdırılıb. "Neftçi”nin rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək”.
 
Qeyd edək ki, matçdan sonra keçirilən mətbaut konfransında komandanın baş məşqçisi Elxan Abdullayev futbolçunun komandadan qovulacağını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right