Rəhman Hacıyev: "...mən də ona əl qaldıracaqdım"

“Düzdür, məğlub olduq. Ancaq pis oynadığımızı düşünmürəm. Neçə oyundur ki, uduzurq. Bu, bizə çox pis təsir edir. Bu atmosferdən çıxmaq lazımdı. Biz bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq”.

Newsport.az-ın məlumatına görə, bu sözlər “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə məxsusdu. “Qarabağ”a məğlubiyyətdən sonra açıqlama verən futbolçu rəqibə taktiki cəhətdən məğlub olduqlarını deyib:

“Rəqibə taktiki cəhətdən məğlub olduq. Gördünüz ki, ilk qolu uzaqdan vurulan zərbə sayəsində qapımızdan keçirdilər. İkinci qolda isə keçidlər etdilər və vurdular. Biz 1:0 hesabı ilə məğlub olanda qol vurmaq istəyirdik, ona görə də futbolçular mövqelərini itirmişdilər. Məncə, ikinci qolu da ona görə buraxdıq”.

“Neftçi”nin futbolçusu Katalin Tira həmin oyununun son dəqiqələrində meydançaya çıxan azarkeşi döyüb. Həmin epizoda yaxın olan Hacıyev hadisə haqda bunları deyib:

 

“Xoşagəlməz hadisədi. Mən də bilmirəm nə baş verdi. Gördüm ki, azarkeş üstümə gəlir. Biz istəməzdik ki, belə olsun. Mən azarkeşin üstünə getsəydim və o mənə əl qaldırsaydı, mən də ona əl qaldıracaqdım sonra isə xoşagəlməz hadisə yaşanacaqdı. Tira da qorxdu, elə bildi ki, onun üzərində yad əşya var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right