"Qarabağ"da məcburi ayrılıq

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Ağdam klubundan ayrılıb.
 

Newsport.az-ın məlumatına görə, buna səbəb məşqçinin səhhətindəki problemlər olub. Məlumatı klubun baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib:

“Çakarov səhhətindəki problemlərə görə bizdən ayrılıb, çünki istirahətə ehtiyacı var. Ancaq lazım gəldikdə onunla məsləhətləşirik”.

Qeyd edək ki, Çakarov ötən il eyni səbəbdən bir müddət "Qarabağ”dan ayrı düşmüşdü, ancaq bir müddət sonra yenidən komandaya qayıtmışdı. Onu da nəzərinizə çatdıraq ki, bolqarıstanlı məşqçi xərçəng xəstəliyindən əziyyət çəkir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right